Bakıda Çexiyanın Milli Günü

post-img

Oktyabrın 27-də Çex Respublikasının Milli Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil olunub.

Çexiyanın Azərbaycandakı səfiri Mi­lan Sedlaçek ölkələrimiz arasındakı stra­teji tərəfdaşlıq əlaqələrinin inkişafından danışıb. Çexiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin bu il 30 illiyi­nin qeyd olunduğunu diqqətə çatdıran diplomat deyib: "Azərbaycan və Çexiya arasında siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələr inkişaf etdirilir. Əlaqələrimizin əhatə dairəsi getdikcə ge­nişlənir. Ölkələrimiz arasında parlament­lərarası əlaqələr də yüksək səviyyədədir. Çex Respublikası həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Qaraba­ğın azadlığı ilə ölkənin ərazi bütövlüyü­nün tam təmin olunması çex xalqını da çox sevindirir". 

Xarici işlər nazirinin müavini Fariz Rzayev diplomata Çex Respublikası­nın Milli Günü münasibətilə Azərbaycan Hökuməti adından təbriklərini çatdırıb. Ölkələrimiz arasında 1993-cü il yanva­rın 29-da qurulan diplomatik münasibət­lərin bu il 30-cu ildönümünün olduğunu diqqətə çatdıran nazir müavini əlaqələri­mizin strateji tərəfdaşlıq səviyyəsinə yük­səldiyini vurğulayıb. 

XQ



Son xəbərlər