Azərbaycanla İraq arasında əlaqələr genişlənir

post-img

Oktyabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikası Nümayəndələr Şurasının (parlament) üzvü Elşad Salihinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Azərbaycan–İraq mü­nasibətlərində son zamanlar artan dina­mizm, bu xüsusda, cari ilin mart və iyul aylarında müvafiq olaraq, İraq Preziden­ti və xarici işlər nazirinin Azərbaycana səfərləri, bu səfərlər çərçivəsində baş tu­tan ali və yüksək səviyyəli görüşlər məm­nunluqla xatırlanıb.

Azərbaycan ilə İraq arasında mövcud siyasi dialoqun, iqtisadi-ticarət əlaqələri­nin, parlamentlərarası və regionlararası əməkdaşlığın və mədəni mübadilələrin davamlı şəkildə sürdürülməsinin önəmin­dən bəhs olunub.

Hər iki ölkədəki mövcud diploma­tik təmsilçiliklərdən əlavə, mədəniyyət mərkəzləri vasitəsilə humanitar müba­dilələrin təşviqinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verə bilə­cəyi qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi apa­rılıb. 

XQ

Son xəbərlər