Hikmət Hacıyev mükafatlandırıldı

post-img

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevi II dərəcəli “Dostık” (Dostluq) ordeni ilə təltif edib.

Yüksək mükafatı H.Hacıyevə Prezi­dent K.Tokayevin adından və tapşırığı­na əsasən, Qazaxıstanın Azərbaycan­dakı səfiri Alim Bayel təqdim edib.

Diplomat bildirib ki, H.Hacıyev Qa­zaxıstanla Azaərbaycan arasında meh­riban qonşuluq əlaqələrinin inkişafına, iki ölkə arasında strateji və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfələrə görə ordenlə mükafat­landırılıb.

XQ

Son xəbərlər