Azərbaycanın Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyəti oktyabrın 26-da bu qurumun Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qəbul etdiyi bəyannamədə ölkəmizə qarşı əsassız ittihamları və qərəzli münasibəti qətiyyətlə rədd edən bəyanat yayıb.
Bəyanatda bildirilir: “Azərbaycan nümayəndə heyəti olaraq, ölkəmizə qarşı göstərilən bu ədalətsiz yanaşmanı tam şəkildə rədd edir və Konqresi regionumuzda sülh prosesi ilə bağlı lazımi ehtiyatlı davranış sərgiləməyə və ciddi şəkildə öz mandatı çərçivəsində hərəkət etməyə çağırırıq”.
XQ