Gürcüstanda Rahib Məmmədova abidə qoyulub

post-img

Gürcüstanın Xobi rayonunun Çaladidi kəndi ərazisində azərbaycanlı qəhrəman Rahib Məmmədovun heykəlinin açılış mərasimi keçirilib. 

Tədbirdə Gürcüsta­nın Zemo-Svaneti bölgə rəhbərliyi, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Batumi şəhərindəki baş konsulu Rıza Kağan, Rahib Məmmədovun ailə üzvləri, Gürcüstan və Azərbaycan ictimaiyyəti­nin nümayəndələri, eləcə də media əməkdaşları iştirak ediblər.

Bölgə qubernatorunun müavini Nino Viblianinin sözlərinə görə, əslən Azərbaycanın Ağdam rayonunun Mahrızlı kən­dindən olan 19 yaşlı gənc 1987-ci ildə öz həyatı ba­hasına Çaladidi kəndinin 28 sakinini xilas edib. O deyib ki, Rahib Məmmə­dovun xatirəsi hər zaman anılır və bu gün ucaldılan heykəl Azərbaycan və Gürcüstan xalqlarının dostluğunun daha bir təzahürüdür.

R.Məmmədovun qardaşı Sahib Məmmə­dov isə deyib ki, abidənin açılışı onların ailəsi üçün sevindirici və qürurverici hadisədir: “Bu işdə əməyi olan hər kəsə ailəmiz adından şəxsən öz təşək­kürümü bildirirəm. Qəhrə­manlar unudulmur”.

XQ

Son xəbərlər