İlmələrə köçən ömür

post-img

Bu gün mərhum xalçaçı rəssam Kamil Əliyevin doğum günüdür. Böyük sənətkar 1921-ci il oktyabrın 22-də İrəvanda anadan olub. 2005-ci il martın 1-də 84 yaşında vəfat edib. 

Xalça təkcə məişət əşyası de­yil, xalqımızın tarixini, mədəniyyə­tini, incəsənətini və məişət tərzini özündə əks etdirən əl işidir.

Azərbaycan rəssamlıq, xalça­çılıq sənətini yüksəklərə ucaldan, tanınmış usta sənətkarlardan biri də xalçaçı-rəssam Kamil Əli­yevdir. Rəssam xalça sənətinin zəngin ənənələrini qoruyub-sax­layaraq bu sənəti daha da zən­ginləşdirmiş, bir-birindən gözəl müxtəlif kompozisiya və süjetlər yaratmışdır. Onun yaratdığı xal­çalar fitri istedadın, yüksək təxəy­yülün təzahürüdür.

Rəssamın ilk portret-xalçası 1958-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan ol­masının 400 illiyinə təqdim etdiyi “Füzuli xalçası” olmuşdur. Xalça rəngbərəng naxışları ilə zəngin Füzuli lirikasına bənzəyir.

Bu xalçanın yaradılması bö­yük alqışlarla qarşılanır və rəssam yeni portret-xalçalar yaratmağa başlayır. Sənətkar İmadəddin Nə­siminin, Nizami Gəncəvinin, Şota Rustavelinin, A.S.Puşkinin, Məm­mədəmin Rəsulzadənin, Mustafa Kamal Atatürkün, Süleyman Də­mirəlin, Ulu öndər Heydər Əliye­vin, akademik Zərifə Əliyevanın, Prezident İlham Əliyevin portret­lərini xalça üzərində həkk edir, “Mənim anam” adlı möhtəşəm ana əsərini yaradır. 

Adlarını saydığım və digər sənət inciləri zərgər dəqiqliyi ilə yaradılmışdır. Hətta o qədər mükəmməl hazırlanmışdı ki, Tür­kiyənin 9-cu prezidenti Süleyman Dəmirəl öz portretini xalça üzərin­də görərkən heyrətlənmiş və de­mişdir: “Bu, Süleyman Dəmirəldir, onda bəs mən kiməm?”

Bax budur Kamil sənət əsəri!

Zülfiyyə ZİYA
XQ

Sosial həyat