Gerhard Şröder Qərbin Rusiyadan qorxmasını absurd adlandırıb

post-img

Qərbin Rusiyadan qorxması absurddur, çünki Rusiya Federasiyası NATO ilə müharibəyə başlamazdı. Bu sözləri Almaniyanın keçmiş kansleri Gerhard Şröder “Die Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

“Rusların gəlməsi qorxusu absurddur. Qərbi Avropanı işğal etmək bir yana qalsın, NATO-nu necə məğlub edəcəklər?” - deyən keçmiş kansler əlavə edib ki, NATO üzvləri Rusiya təhlükəsindən qorxmamalıdırlar.

Şröder Qərb ölkələrini Moskva ilə güzəştə getməyə və “Ukraynaya dəstəyi Rusiya ilə danışıq təklifi ilə birləşdirməyə” çağırıb.

S.ELAY

XQ

Dünya