DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - İslandiya oyunu öncəsi mətbuat konfransları və məşqlərin vaxtları açıqlanıb.
Bu barədə XQ-yə AFFA-dan məlumat verilib.
Əvvəlcə meydan sahiblərinin, sonra isə Azərbaycan yığmasının açıq məşqi baş tutacaq.
12 noyabr
İslandiya milli komandası
16:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
17:15. Mətbuat konfransı
Azərbaycan milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

