Süni intellekt səslə diabeti aşkar edə biləcək

post-img

Kanadanın “Klick Labs” texnologiya şirkətinin mütəxəssisləri süni intellektə əsaslanan alət hazırlayıblar ki, bu da insan səsinə əsasən 2-ci tip şəkərli diabetin olmasını müəyyən edə bilir.

Bu barədə “Tədqiqat Mayo Clinic Proceedings: Digital Health” (MCPDH) elmi jurnalında məqalə dərc olunub.

Süni intellektin yaradıcılarının fikrincə, diaqnoz qoymaq üçün proqrama xəstənin 6-10 saniyə ərzində səsini dinlətdirmək, eləcə də cinsi, yaşı, boyu, çəkisi və digər məlumatlarını daxil etmək lazımdır. Modelin dəqiqliyi qadınlar üçün 89 faiz, kişilər üçün isə 86 faiz təşkil edir.

Tədqiqat çərçivəsində ekspertlər həm 2-ci tip şəkərli diabet xəstəsi, həm də sağlam olan 267 könüllü seçib. Onlardan iki həftə ərzində gündə altı dəfə smartfonlarında ifadələr yazmaq istənilib. Sonra alimlər 18 mindən çox səs yazısını təhlil edərək xəstəliyin mövcudluğuna işarə edən 14 akustik xüsusiyyəti müəyyən ediblər.

Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada şəkərli diabetdən əziyyət çəkən 480 milyon insandan demək olar ki, hər ikisi bu xəstəliyə tutulduğunu bilmir. Bununla belə, diabet hallarının təxminən 90 faizi 2-ci tip diabetdir.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər