Alimlər COVID-19-dan qoruyan beş saniyəlik qayda təklif ediblər

post-img

Yaponiyanın Beynəlxalq Sakit Okean Universitetinin alimləri COVID-19 infeksiyasından qorunmaq üçün beş saniyə qaydasını təklif ediblər.

Bu bareədə “Scientific Reports” jurnalında məlumat dərc olunub.

Alimlər nəfəs alma və danışma zamanı insanın ağzından ayrılan kiçik hissəciklərin hərəkət sürətini tədqiq ediblər. Tədqiqat aparmaq üçün onlar lazer tipli vərəqlərdən və yüksək sürətli kameralardan istifadə ediblər.

Tədqiqatın nəticələrinə əsasən belə qənaətə gəliblər ki, virusa yoluxma ehtimalı beş saniyə ərzində maksimum həddə çatır. Bu həm açıq, həm də qapalı məkanlara aiddir.

Nəticə etibarilə, alimlər COVID-19-un hava-damcı yolu ilə ötürülməsi ehtimalını azaltmaq üçün üz-üzə görüşlərdə yaxın təmas vaxtını beş saniyəyə endirməyi təklif edirlər.

Rizvan FİKRƏTOĞLU
XQ

Səhiyyə