“Hraparak”: Paşinyan hökuməti Qarabağ separatçıları ilə görüşməkdən imtina edir

post-img

Qarabağda ləğv edilmiş xuntanın nümayəndələri ilə Ermənistan hakimiyyəti arasında əlaqə, demək olar ki, tamamilə qırılıb.

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, ləğv edilmiş xuntanın nümayəndələri Ermənistandadırlar və demək olar ki, hər gün Ermənistandakı qondarma “DQR” nümayəndəliyində görüşürlər. Onlardan bəziləri miqrantların problemlərinin, təhsilin, səhiyyənin və digər problemlərin daha sistemli həllini müzakirə etmək üçün Ermənistan rəsmiləri ilə görüşməyə çalışsalar da, qəbul edilməyiblər.

Separatçı rejimin “məmurlarında” belə bir təəssürat yaranır ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun hökuməti qondarma “Artsax”ı xalqın yaddaşından silməyə, onun heç vaxt mövcud olmadığını göstərməyə çalışır.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər