Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı çıxışını məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndirir.
“Caliber” xəbər verir ki, bu barədə Rusiya mətbuatına Moskvadakı yüksək vəzifəli mənbə bildirib.
“Biz Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı çıxışını məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Görürük ki, onlar Ermənistanı 3 nömrəli Ukraynaya (Moldovanı 2 nömrəli Ukrayna hesab etsək) çevirməyə çalışırlar. Nikol Paşinyan isə Vladimir Zelenskinin yolu ilə sıçrayış edir”, - deyə mənbə əlavə edib.
Xatırladaq ki, oktyabrın 17-də baş nazir Nikol Paşinyan çıxışında bəyan etmişdi ki, Ermənistanda demokratiya eyni ssenari üzrə ciddi zərbələr almağa davam edir. Əvvəlcə xarici təcavüz, sonra Ermənistanın müttəfiqlərinin fəaliyyətsizliyi, daha sonra isə hərbi və ya humanitar vəziyyətdən istifadə edərək ölkədə hakimiyyəti devirmək cəhdləri gəlir.
Rizvan FİKRƏTOĞLU
XQ