Görkəmli alim Aida İmanquliyevanın xatirəsi anıldı

post-img

Oktyabrın 10-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 84-cü ildönümündə alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklil qoyub.

AMEA-nın Şərqşünaslıq İnstitutu­nun baş direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edərək Aida İmanqu­liyevanın öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşü­naslığını zənginləşdirdiyini, inkişaf etdirdiyini deyib. Bir alim kimi Aida xa­nımın maraq dairəsinin geniş və çox­şaxəli olduğunu deyən G.Baxşəliyeva onun çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyektinin ərəb məhcər ədəbiyyatı olduğunu, Şərq-Qərb qarşı­lıqlı ədəbi əlaqə və təsirini araşdırdığı­nı söyləyib.

Görkəmli alimin elmi və təşkilati fəaliyyətindən danışan Gövhər Baxşə­liyeva Aida xanımın elmin bütün eniş­li-yoxuşlu yollarını pillə-pillə keçdiyini, öz zəhməti, istedadı, zəkası, qabiliy­yəti sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu­nun direktoru vəzifəsinədək yüksəldiyi­ni qeyd edib. G.Baxşəliyeva Aida xanı­mın həyatdan erkən getməsinin onun həmkarlarını və tələbələrini hədsiz kə­dərləndirdiyini və sarsıtdığını söyləyib, alimin əziz xatirəsinin onların qəlbində əbədi yaşayacağını deyib.

AMEA-nın Qadınlar Şurasının sədri, Fəlsəfə və Sosiologiya İnstitu­tunun şöbə müdiri, professor Rəna Mirzəzadə və Şərqşünaslıq İnstitutu­nun əməkdaşları görkəmli alim Aida İmanquliyevanın Azərbaycan ərəbşü­naslığına böyük töhfələr verdiyini söy­ləyib, onun itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd ediblər.

XQ

Son xəbərlər