Lloyd Ostin Ukrayna üzrə təmas qrupunun iclasına qatılıb

post-img

ABŞ-nin müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun Ukraynanın müdafiəsi üzrə təmas qrupunun görüşündə iştirak üçün Brüsselə gediblər. Məlumatı Pentaqona istinadən “İnterfaks.ru” yayıb. 

Bununla bağlı məlumatda bildirilir: “Bu, qrupun 16-cı iclası olacaq. Nazir və sədr Ukraynadakı böhranı və Ukrayna xalqının müdafiəsi üzrə beynəlxalq ictimaiyyətin koordinasiyasını müzakirə etmək üçün 50-yə qədər ölkənin müdafiə nazirləri və digər yüksək vəzifəli hərbi məmurlarına qoşulacaqlar”.

Bununla yanaşı, ABŞ KİV-in məlumatına görə, ölkədə Kiyevə maliyyə yardımının ayrılması ilə bağlı ciddi fikir ayrılığı davam edir. Hazırda İsrail ətrafında vəziyyətin gərginləşməsi ilə problem daha da sərtləşib. 

Paşa ƏMİRCANOV
XQ

Dünya