İƏT xarici işlər nazirləri Şuşada

post-img

Bu gün Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclası başlayır.

Tədbirdə Azərbaycan xarici işlər na­ziri Ceyhun Bayramov və İqtisadi Əmək­daşlıq Təşkilatının XİN başçıları iştirak edəcəklər.

İclasda 2023-cü ildə İƏT kontekstin­də əməkdaşlıq çərçivəsində görülən iş­lər və onun nəticələri qiymətləndiriləcək, İƏT-in gündəliyində duran cari məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Ta­cikistan, Türkmənistan, Türkiyə və Öz­bəkistanın daxil olduğu regional dövlət­lərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən İƏT-in üzvüdür.

Son xəbərlər