Ölkəmiz enerji sisteminin bərpasında Ukraynaya yardım edir

post-img

Azərbaycan Ukraynanın enerji sisteminin bərpası üçün dəfələrlə humanitar yardımlar göndərib. Bu barədə Ukraynanın Energetika Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu ilin sonuna qədər yeni yardım partiyasının tədarükü göz­lənilir. Həmçinin bildirilib ki, Ukraynanın energetika naziri German Qaluşenko və Azərbaycanın Ukraynadakı fövqəla­də və səlahiyyətli səfiri Seymur Mərdə­liyev neft-qaz sənayesində əməkdaşlı­ğı, xüsusən də ehtiyatların saxlanması və tranziti məsələsini müzakirə ediblər.

Xatırladaq ki, Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstə­rilməsi məqsədilə iyulun ortalarında Energetika Nazirliyinə 7,6 milyon dollar vəsait ayrılması haqqında Sərəncam imzalayıb. Hazırda bununla bağlı hazır­lıq işləri gedir. Yaxın vaxtlarda paylayıcı şəbəkələrin bərpası üçün Ukraynaya avadanlıq ötürülməsi planlaşdırılır.

XQ

Son xəbərlər