İsrail səfiri Azərbaycan xalqına təşəkkür edib

post-img

Azərbaycandakı bacı və qardaşlarımızın dəstək mesajları bizi heyrətə gətirdi.

Bunu İsrailin ölkəmizdə­ki səfiri Corc Dik mətbuata açıqlamasında bildirib.

“Cəmiyyətin müxtəlif tə­bəqələrindən olan insanlar­dan nə qədər mesaj, e-poçt, votsap və zəng aldığımızı saymağı dayandırdım. Sə­firliyin darvazası önünə gül dəstələrinin düzülməsi isə, doğrudan da, ürəkaçandır. İsrail xalqı adından Azərbay­can xalqına demək istəyirəm ki, siz bizim qəlbimizi riqqətə gətirdiniz, sağ olun!”, - deyə diplomat vurğulayıb.

***

Səfir Corc Dik son gün­lər ölkəsində baş verən ha­disələrlə bağlı açıqlamasın­da bildirib ki, oktyabrın 7-si Holokostdan sonra yəhudi tarixində ən qara gün kimi yadda qalacaq. O vurğulayıb ki, HƏMAS terrorçuları İsra­il vətəndaşlarını öldürmək, qaçırmaq üçün ölkənin cə­nubundakı şəhərlərə hücum edərək gözlənilməz mühari­bəyə başlayıb. 

Səfir bildirib ki, baş verən hadisələr nəticəsində 700-dən çox israilli ölüb, 100-dən çox adam qaçırılıb və 2000-dən çox insan yaralanıb

“HƏMAS bir soyqırımı təşkilatıdır, onun liderləri açıq şəkildə bütün yəhudilə­rin öldürülməsindən danışır. Bu, onların nizamnaməsində yazılıb. Nifrət mədəniyyəti bu barbarlığın səbəbidir. Bu gün baş verənlər İsraildə görünməmiş bir hadisədir və biz bunun bir daha baş ver­məyəcəyinə əmin olacağıq.

İsrail ordusu HƏMAS-ın imkanlarını məhv etmək üçün dərhal bütün gücünü işə salacaq. Biz HƏMAS təh­lükəsini aradan qaldıracağıq. Bu müharibədir. Təəssüf ki, bu, İsrail tarixində faciədən qalxmalı olduğumuz ilk mü­haribə olmayacaq. 

Diplomat, eyni zamanda, beynəlxalq ictimaiyyətə mü­raciət edib. Səfir deyib: “Bu, xeyir ilə şərin, doğru ilə yala­nın savaşıdır.

Haqq tərəfdə olduğunuz­dan əmin olun və İsrailin özü­nü müdafiə etmək hüququ­nu bütün lazımi vasitələrlə dəstəkləyin.

Bu müharibə uzun sürə­cək, çətin olacaq, amma biz nə etməli olduğumuzu edə­cəyik və sülhü geri qazana­cağıq”.

XQ

Son xəbərlər