Ruben Vardanyanın apellyasiya şikayəti təmin edilməyib

post-img

Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış və sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılan Ruben Vardanyanın həbsindən verilən apellyasiya şikayəti təmin edilməyib.

Şikayətə Bakı Apellyasiya Məh­kəməsində hakim Habil Məmmədo­vun sədrliyi ilə baxılıb. Onun vəkili Afət Qazıyeva müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin ləğv edilmə­sini istəyib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını əsaslı sayaraq, şikayəti təmin etməyib.

Qeyd edək ki, Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstər­miş qanunsuz erməni silahlı birləş­mələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayət­lərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibti­dai istintaq aparılır. Toplanan sübutlar­la, hazırda Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Cinayət Mə­cəlləsinin 214-1 (terrorçuluğu maliy­yələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələ­rin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Törətdiyi qeyri-qanuni əməllərə görə R.Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismin­də cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

XQ

Son xəbərlər