Daşaltı və Edilli şəhidləri son mənzilə qovuşdular

post-img

Otuz bir il əvvəl Şuşada – Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Veysəl Qasımov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, döyüş yoldaşları, Xətai rayon sakinləri, hökumət və ictimaiyyət nü­mayəndələri, şəhid ailələri, qazilər və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 1963-cü il noyabrın 17-də Bakıda anadan olan Veysəl Qasımov 1992-ci il yanvarın 26-da Daşaltı əmə­liyyatı zamanı şəhid olub.

Xatırladaq ki, ötən ay Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.

Otuz il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Tairov Seyfulla Veytulla oğlunun Edilli kən­dində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları do­ğulduğu Saatlı rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, Tairov Seyfulla Veytulla oğlu 1973-cü ildə Saatlı rayonu Cəfərxan kəndində dünyaya göz açıb. 1992-ci ildən döyüşlərə qoşulan Seyfulla 993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndindəki döyüşdə itkin düşüb. Onun nəşinin qalıqları ötən il Xocavənd rayonunun Edilli kəndində tapılan 12 şəxsin basdırıldığı kütləvi məzar­lıqda aşkarlanıb.

XQ



Son xəbərlər