İranın hərbi heyəti Bakıda

post-img

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində müşahidəçi qismində iştirak etmək üçün İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti Bakıya gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildirilib ki, Azərbaycan Respub­likası HDQ komandanı vitse-admiral Sübhan Bəkirov İran İslam Respublika­sının HDQ-nin Əməliyyat Komandanı 1-ci dərəcəli kapitan Məhəmməd Reza Xəzainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

HDQ-nin qərargahında keçirilən görüşdə “Xəzri-2023” təliminin əhə­miyyəti xüsusi vurğulanaraq gələcək­də Xəzər dənizində Azərbaycan–İran HDQ-nin də birgə təlimlərinin keçiril­məsinin vacibliyi diqqətə çatdırılıb və bununla bağlı ilkin razılıq əldə edilib.

Görüşdə hər iki ölkənin HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

XQ

Son xəbərlər