Ermənistan Qarabağda reinteqrasiyaya mane olur

post-img

Dövlət Miqrasiya Xidməti tərəfindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə reintegration.gov.az portalı istifadəyə verilib. Portaldan Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə yanaşı, Ermənistan ərazisinə gedən erməni sakinlərinin də istifadəsinə şərait yaradılıb.

Xüsusi Rabitə və İnformasiya Təh­lükəsizliyi Dövlət Xidmətindən bildirib­lər ki, Ermənistanın bir sıra provay­derləri dövlət qurumlarımıza məxsus olan bəzi domen adlarını Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün öz tərəfində blokda saxlayırlar.

Dövlət Xidməti tərəfindən aparılan müşahidələr nəticəsində bəlli olmuşdur ki, yeni istifadəyə verilmiş reintegrati­on.gov.az domen adı da Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün Ermənistanın pro­vayderləri tərəfindən bağlanıb.

Ermənistan ərazisindən insanla­rın portala daxil olmasını təmin etmək məqsədilə reintegration.gov.az do­meninin real IP ünvanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən gizlədilməklə, bloklamadan yayındırılıb və Ermənistan ərazisindən insanların reintegration.gov.az saytına daxil ol­masına girişlər bərpa olunub.

Son günlər dövlət qurumlarına məxsus olan saytlara, o cümlədən, reintegration.gov.az portalına istifa­dəyə verildiyi gündən DDOS və digər kiberhücumlar aktiv şəkildə müşahidə olunur.

Görülmüş qabaqlayıcı tədbirlər nə­ticəsində “AzStateNet” şəbəkəsinə qo­şulmuş bütün informasiya resurslarının etibarlı mühafizəsi və fasiləsiz fəaliyyə­ti təmin edilir.

XQ

Siyasət