Paris İrəvanı revanşizmə sövq edir

post-img

Fransanın xarici işlər nazirinin Er­mənistana səfəri çərçivəsində verdiyi açıqlamalar, o cümlədən, Ermənistan­la hərbi yardım barədə sazişin imza­lanması, Avropa İttifaqının missiyası­nın mandatının gücləndirilməsi barədə fikirləri rəsmi Parisin Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirmək­də maraqlı olduğunu, Ermənistanı mi­litarizmə və revanşizmə sövq etdiyini göstərir.

Bu fikirlər Qərbi Azərbaycan İcma­sının yaydığı açıqlamada yer alıb.

“İnanırıq ki, Afrikada biabırcasına məğlubiyyətlərə düçar olan Fransanın dini təəssübkeşliyə, azərbaycanofo­biyaya və islamofobiyaya əsaslanan Cənubi Qafqaz siyasəti də iflasa uğra­yacaq”, – deyə bəyanatda vurğulanır.

Siyasət