Qərbi azərbaycanlılar niyə yada düşmür?

post-img

Qərbi Azərbaycan İcması Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Ermənis­tan mediasına verdiyi müsahibəsində yer almış qərəzli mövqeyini, xüsusilə Azərbaycanın suveren ərazilərinə “uzunmüddətli çoxmillətli və ya BMT missiyasının yerləşdirilməsi” kimi dü­şük fikirlərini kəskin şəkildə qınayır.

Bu barədə Qərbi Azərbaycan İcma­sının məsələ ilə bağlı yaydığı açıqla­mada bildirilir. 

Açıqlamada, həmçinin deyilir: “T.Klaar və digər Avropa İttifaqı rəs­milərindən Azərbaycanın suveren əraziləri ilə bağlı gülünc, düşmən açıq­lamalar verməməyi tələb edirik. Qoy T.Klaar Avropa İttifaqının təsisatlarına etnik azlıqlarla problemlərin yaşandığı Avropa İttifaqı ölkələrinə və monoetnik Ermənistana uzunmüddətli çoxmillətli və ya BMT missiyasının yerləşdirilməsi barədə tövsiyələr versin.

Son xəbərlər