Ağdərədə də silah-sursat və döyüş texnikası müsadirə edilib

post-img

Ağdərə ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib. Anbardan aşkar edilmiş xeyli sayda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, tank əleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları, həmçinin müxtəlif təyinatlı döyüş texnikası müsadirə edilib.

Bundan başqa qeyd olunan istiqamətdəki dayaq məntəqəsindən də silah və sursatla dolu yeşiklər aşkar edilərək götürülüb.

XQ

Son xəbərlər