Su Ehtiyatları Agentliyi artıq Sərsəng Su Anbarına nəzarət edir

post-img

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng Su Anbarına nəzarət edir.

Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, Ordumuzun şanlı Qələbəsindən sonra Sərsəng Su Anbarı da Azərbaycanın nəzarətinə keçib. Artıq su anbarının istismarını Azərbaycan Döv­lət Su Ehtiyatları Agentliyi həyata keçirir. 

1976-cı ildə istifadəyə verilən anbarın ümumi həcmi 565 milyon kubmetr, faydalı həcmi 500 milyon kubmetrdir. Su anbarı­nın su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu 50,25 kilometrdir.

XQ

Son xəbərlər