Yevlaxda erməni sakinlərin nümayəndələri ilə növbəti görüş

post-img

Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü başa çatıb.

Görüşdə Azərbaycan Respublikasının Konstitu­siyası və qanunları əsa­sında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olun­ması məsələləri üzrə mü­zakirələr aparılır.

Xatırladaq ki, bu, lokal xarakterli antiterror tədbir­lərindən sonra Qarabağın erməni sakinlərinin nü­mayəndələri və Azərbay­can mərkəzi hakimiyyəti­nin təmsilçiləri arasında 3-cü görüşdür. Bundan əvvəl ilk görüş Yevlaxda, ikincisi isə Xocalıda keçi­rilmişdi.

XQ

Son xəbərlər