Buğda, düyü və qarğıdalı idxalında artım

post-img

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvar-sentyabr aylarında 668  min ton buğda idxal edilib.  İdxal edilən buğdanın dəyəri 183,5 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 193 milyon dollar olmaqla 539 min ton buğda idxal edilib.

Hesabat dövründə düyü idxalı da artıb. Belə ki, ötən 8 ayda dəyəri 37 milyon dollar olan 41 min ton düyü idxal edilib. 2022-ci ilin eyni dövründə  isə 41 min ton düyü idxalı həyata keçirilib. İdxal edilən düyünün dəyəri 34,8 milyon dollar olub.

Qarğıdalı idxalında da artım nəzərə çarpıb. Bu müddətdə 19,2 milyon dollarlıq 65,3 min ton qarğıdalı idxal olunub. Ötən ilin eyni dövründə isə məbləği 18  milyon dollar olan 51,6 min ton qarğıdalı idxal edilib.

XQ

 

Son xəbərlər