Göygölə dolu düşdü

post-img

Dünən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub.

Milli Hidrometerelogiya Xidmətin­dən verilən məlumata görə, sentyabrın 8-də saat 18:00 radələrində Göygöl ra­yonu ərazisinə diametri 8 millimetr olan dolu düşüb.

Leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 9-da Qəbələ rayonu ərazisindən keçən Dəmirapa­rançaydan, Şəki rayonu ərazisindən keçən Damarçın çaydan, Çuxadurmaz, Kişçayından, Zaqatala rayonu ərazisin­dən keçən Talaçaydan, Samux rayonu ərazisindən axan Qabırrı çaydan, İsma­yıllı rayonu ərazisindən axan Göyçay çayından sel keçib.

XQ

Son xəbərlər