Pelenin rekordu təzələndi

post-img

Braziliya millisinin hücumçusu Neymar əfsanəvi futbolçu Pelenin milli komandadakı qol rekordunu yeniləyib. Bu göstəriciyə o, Boliviya millisi ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki matçda dubl edərək nail olub.

Belə ki, rəqibini 5:1 hesabı ilə məğlub edən Braziliyada iki qol vu­ran Neymar yığma komandadakı qol hesabını 79-a çatdırıb. Bununla, o, 77 qol vuran əfsanəvi futbolçu Peleni geridə qoyub.

Qeyd edək ki, Boliviya ilə matçın 17-ci dəqiqəsində Neymar təyin olunmuş penalti zərbəsini yerinə yetirə bilməyib.

XQ

İdman