Kənd təsərrüfatı naziri Özbəkistanda

post-img

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Özbəkistanda rəsmi səfər çərçivəsində bu ölkənin kənd təsərrüfatı naziri Əziz Voitovla görüşüb.

Söhbətdə Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı rəsmi səfərlər za­manı iki ölkə arasında əmək­daşlığın gücləndirilməsi ilə bağlı qarşıya qoyduqları tap­şırıqların yerinə yetirilməsi, əməkdaşlığın gələcək fəa­liyyət istiqamətləri ətrafında müzakirələr aparılıb. Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dina­mik inkişaf edir. Hər iki ölkə bütün sahələrdə əməkdaşlığı gücləndirmək istiqamətində təşəbbüsləri dəstəkləyir.

Azərbaycanla Özbə­kistan arasında hazırlanan Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritə­sinin icrası ətraflı müzakirə olunub. Azərbaycanla Özbə­kistan arasında kənd təsər­rüfatının ipəkçilik, fındıqçılıq, şərabçılıq, kənd təsərrüfatı maşınqayırması və digər sahələrdə ən qısa zamanda konkret addımların atılması ilə bağlı razılıq əldə olunub.

Eyni zamanda, görüş­də sentyabrın 26-da Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci toplantısı və “Aqrobiznes forumu” tədbiri ilə bağlı məsələlər də müza­kirə olunub.

XQ

Son xəbərlər