Türkiyənin daxili işlər orqanları ilə faydalı işbirliyi

post-img

Dünən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Nazir Azərbaycanda mövcud olan sabitliyin əhəmiyyətini xüsusi qeyd edərək bildirib ki, asayişin və təhlükə­sizliyin etibarlı qorunması vətəndaşla­rımızın, xarici investorların, o cümlə­dən türkiyəli iş adamlarının ölkəmizin iqtisadiyyatına sərmayə qoymalarına və əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə əlverişli şərait yaradıb. 

Nazir Vilayət Eyvazov Azərbaycan Polisinin və DİN-in Daxili Qoşunlarının respublikada ictimai asayişin qorun­masında, cinayətkarlıqla mübarizədə əldə etdiyi müsbət nəticələri də diqqətə çatdıraraq fəaliyyətin təkmilləşdirilmə­sinə Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsu­si rolunu və xidmətlərini məmnunluqla vurğulayıb və Ali Yerlikayanın şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlə­dən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.

Türkiyənin daxili işlər naziri Ali Yer­likaya respublikamıza səfərindən, dost və qardaş ölkələrimizin bölgədə əmin-a­manlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inki­şafından, ölkəmizdə yaradılmış sabitlik­dən məmnunluğunu ifadə edib. 

O, həmçinin iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin in­kişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdi­yini vurğulayıb. 

XQ

Son xəbərlər