Prezidentin köməkçisi: Azərbaycanda antisemitizm halı yaşanmayıb

post-img

“Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması məsələsində İran tərəfdən müsbət ismarışlar alır”.

XQ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin bey­nəlxalq “i24NEWS” telekanalı­na müsahibəsində deyib.

Onun sözlərinə görə, İran qonşu ölkədir və Azərbayca­nın bütün qonşularla yaxşı münasibət qurması çox vacib­dir: "Ölkənin yürütdüyü siyasət Azərbaycanın həmsərhəd ol­duğu bütün ölkələrlə sabit və qarşılıqlı faydalı əlaqələr sax­lamaqdan ibarətdir”.

“İranla Azərbaycan arasın­da müəyyən anlaşılmazlıqlar olub. Amma biz diplomatik ka­nallardan və dialoqdan istifadə edərək bunu həll etməyə çalışı­rıq və İran tərəfdən də müsbət siqnallar alırıq”, – o əlavə edib.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan bu səhifəni çevirmək, bütövlükdə regionda, həmçinin iki ölkə arasında əməkdaşlıq və dialoq üçün daha əlverişli mühit ya­ratmaq üçün iranlı həmkarları ilə diplomatik təmasları davam etdirir.

* * * 

“Dostlarımızın da öz arala­rında dost olmasını istərdik”. 

XQ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin mü­diri Hikmət Hacıyev İsrailin “i24news” telekanalına müsa­hibəsində Türkiyə–İsrail mü­nasibətlərindən danışarkən deyib.

Onun sözlərinə görə, Azər­baycan iki ölkə arasında mü­nasibətlərin inkişaf etdirilməsi prosesinə öz töhfəsini verib. O, bu məqsədlər üçün diplo­matiyanın ən yaxşı alət oldu­ğunu vurğulayıb: “Azərbaycan Türkiyə və İsrail arasında dost­luq və qarşılıqlı anlaşmanı gör­məkdən məmnundur”.

XQ

Siyasət