Ümummilli liderin zəngin mənəvi irsi

post-img

Dünən Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan” mövzusunda regional elmi konfrans keçirilib. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda şimal-qərb bölgəsi rayonlarının mədəniyyət və kitabxana işçiləri iştirak ediblər.

Qax Mərkəzləşdirilmiş Ki­tabxana Sisteminin əməkdaşı Aygün Rəhimli, rayon MKS-nin direktoru Güllü Əhmədo­va, Şəki MKS-nin direktor əvəzi Kəmalə İsmayılova, Oğuz MKS-nin direktor əvəzi Nəzakət Qasımova, Qəbələ MKS-nin direktor müavini Rəna İbrahimova, Balakən MKS-nin direktoru Məryəm Tağıyeva, Zaqatala MKS-nin direktor əvəzi Sevda Rəhi­mova, Şəki-Zaqatala Regi­onal Mədəniyyət İdarəsinin rəisi vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Nargilə Qafarova çıxış edərək, Ulu öndərin zəngin irsinin öyrə­nilməsi və təbliği baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.

XQ

Sosial həyat