Heydər Əliyev Fondunun növbəti məktəb töhfəsi

post-img

Yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi istifadəyə veriləcək. Belə ki, 15 Sentyabr - Bilik Günü ərəfəsində 19 məktəb və 3 məktəbəqədər müəssisə Bakıda və regionlarda müəllim və şagirdlərə hədiyyə edilmiş olacaq. 

Bu təhsil ocaqlarının mövcud binaları istisma­ra yararsız olduğundan Heydər Əliyev Fondu tərə­findən 17 orta məktəb və 2 bağça üçün yeni bina inşa olunub, eləcə də 3 məktəb və məktəbəqədər müəs­sisənin binası əsaslı təmir edilib. 

Bununla da Azərbayca­nın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəh­bərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsil sahə­sində apardığı siyasətə dəstək göstərərək gənc nəslin daha bilikli yetişmə­sinə və keyfiyyətli təhsil al­malarına öz töhfəsini vermiş olur. 

Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsil sahəsində müxtəlif layihə və proqramlar həyata ke­çirir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqya­sında müasir standartlara cavab verən təhsil komp­leksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Fondun “Təh­silə dəstək” proqramı çərçi­vəsində isə tədrisin keyfiy­yətini yüksəltmək məqsədi ilə təhsil müəssisələri əyani vəsaitlərlə təmin olunur.

Sosial həyat