Ulu öndərə həsr olunmuş virtual kitabxana

post-img

Hüquq və İnsan Haqları İnstitutu BMT-nin İnkişaf Proqramının dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Hüquq və insan haqları virtual kitabxanası” yaradıb. 

İnsan haqları sahəsində geniş tədqiqatların aparıldığı, dərs vəsa­itlərinin, monoqrafiyaların yazıldığı dövrdə böyük izləyici kütləsi top­layan bu kitabxana qısa zamanda ziyalıların, hüquqşünasların, cəmiy­yətin digər təbəqələrinin də diqqətini cəlb edib. Elektron kataloq davamlı olaraq zənginləşdirilir. 

Hələlik kitabxanada 243 kitab və vəsait toplanıb. Onlardan 77-i məqalə, 9-u hesabat, 5-i hüquqi sənəd nümunələridir. Mənbəyə in­diyədək 31 mindən çox giriş qeydə alınıb. 

İnstitutdan XQ-yə bildirilib ki, ən çox yüklənən monoqrafiyanın müəllifi hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədovadır. Onun “Cinayət hüququnun problemləri: cinayətlə­rin təsnifatı, cinayət məsuliyyətinin diferensiallaşdırılması və sanksiya­ların qurulması” adlı monoqrafiyası sahənin mürəkkəb problemlərindən bəhs edir. Professorun müəllifi ol­duğu “Azərbaycan Respublikasının Cinayət hüququ” dərsliyi də ən çox izlənilən ədəbiyyat sırasındadır. 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasın­da nəşr olunan “Kommersiya (sahi­bkarlıq) hüququ. Mühazirə mətnlə­ri”, Bakı Dövlət Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Hüquq və İnsan Haqları İnstitutu­nun birgə ərsəyə gətirdiyi “Əməliy­yat-axtarış fəaliyyətinin əsasları (el­mi-nəzəri, hüquqi əsasları və təcrübi aspektləri)” və Daxili İşlər Nazirliyi Polis Akademiyasının hazırladığı “Ailə hüququ” adlı dərs vəsaitləri ma­raqla izlənilir. 

Virtual kitabxana sayt ziyarətçilə­rinə hüquq və insan haqları istiqamə­tində xidmət etməklə yanaşı, hüquqi təbliğat və maarifləndirmə mövzula­rında elektron kitab mütaliəsinin po­pulyarlaşdırılmasına da kömək edir. Virtual kitabxana hər bir vətəndaş üçün əlçatandır– keçid linki: https://lhri.az/az/library

XQ

Sosial həyat