Dünya QHT fəalları Ermənistanın saxta təbliğatını pisləyir

post-img

“Dünyanın 27 ölkəsindən olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri “Dünya Qafqazda sülh üçün” adlı beynəlxalq kampaniya başladıb. Kampaniya yeni elan olunmasına baxmayaraq, ciddi rezonans və dəstək qazanıb, artıq dünyanın müxtəlif ölkələrindən müraciətə qoşulan vətəndaş cəmiyyəti təmsilçilərinin sayı 500-ü keçib.

“Jotform” beynəlxalq platformasında yerləşdirilən müraciətdə Laçın yolunun, guya, bağlı olması barədə yayılmış de­zinformasiyaların, bu istiqamətdə apa­rılan qərəzli kampaniyaların Cənubi Qafqazda sülh quruculuğu prosesinə zərbə vurduğu bildirilir, bundan də­rin narahatlıq ifadə edilir. Müraciətdə Azərbaycanın Qarabağ bölgəsində ya­şayan erməni sakinlərə tövsiyə edilir ki, Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatlarına, onların siya­si manipulyasiyalarına uymasınlar, Ağ­dam-Xankəndi yolu sülh üçün açılsın.

Müraciətə qoşulanlar hesab edir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə müsbət mesajlarını düz­gün qiymətləndirməyi bacarmalıdır. Təəssüf hissi ilə qeyd edilir ki, Qızıl Ay­para Cəmiyyətinin yardım gətirən yük maşınları yaradılan süni maneə nəticə­sində Xankəndi istiqamətində hərəkə­tinə davam edə bilmir. Kampaniya feyk məlumatlar əsasın, guya, Qarabağda yaşayan erməni sakinlərin “humanitar böhran”la üzləşməsi barədə Azərbay­can dövlətinin ünvanına saxta ittihamlar irəli sürənləri də qınayır və onları real­lıqları görməyə çağırır.

XQ

Siyasət