Qərbi Azərbaycan İcması qərəz və yalanı ittiham edir

post-img

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 7-də verdiyi anti-Azərbaycan açıqlamalarla bağlı bəyanat yayıb. 

Sənəddə bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi son açıqlamalar bir daha onu göstərir ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqa­viləsini imzalamaq, ölkəmizə qarşı əra­zi iddiasına son vermək niyyəti yoxdur. Ermənistan yalnız sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Açıqlamada sonra qeyd edilir ki, Ermənistan Azərbaycanın suverenliyi­ni və ərazi bütövlüyünü o halda tanıyır ki, “beynəlxalq mexanizm çərçivəsində Bakı–Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükə­sizliyi təmin edilsin. Sonda tələb edilir ki, Ermənistan öz ordusunun qalıqlarını tam olaraq Azərbaycanın suveren ərazilərin­dən çıxarmalı, ölkəmizin daxili işlərinə kobud müdaxilədən əl çəkməlidir: “Qara­bağda yaşayan erməni sakinlərə dialoq təklifi ünvanlayan Azərbaycandan ibrət götürərək, bizim öz dədə-baba yurdları­mıza qayıdışımızla bağlı Qərbi Azərbay­can İcması ilə təmaslara başlamalıdır”.

***

Qərbi Azərbaycan İcması ABŞ Konq­resinin Tom Lantos Komissiyasının ölkə­mizə qarşı səsləndirdiyi ittihamlara da cavab verib.

Bildirilib ki, sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqla­rı Komissiyasında Azərbaycan əleyhinə dinləmələr təşkil olunub və hazırda bəzi Qərb ölkələrində tüğyan edən azərbay­canofobiya yarışında xüsusi canfəşanlıq göstərən Luis Okampo tərəfindən ölkə­mizə qarşı bir sıra hədyanlar səsləndirilib. Bu, bir daha Tom Lantos Komissiyasının riyakarlığını, insan hüquqları mövzusunu istismar edərək onu siyasiləşdirməsini və bir sıra dairələr tərəfindən Azərbaycana qarşı aparılan düşmənçilik kampaniya­sında yer almasını göstərir.

Açıqlamanın sonunda Tom Lantos Komissiyasının başqa ölkələrin daxili iş­lərinə kobud müdaxilə etməməsinə çağı­rış səslənir.

XQ

Siyasət