İşğaldan azad olunmuş Azərbaycan ərazilərində minatəmizləmə sahəsində İsveçrə ilə əməkdaşlıq müzakirə olunub

post-img

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov İsveçrənin Türkiyə, Azərbaycan və Gürcüstandakı hərbi attaşesi, Baş Qərargah polkovniki Diter Viki ilə görüş keçirib.

Görüşdə, Agentliyin qarşısında duran məqsəd və vəzifələr, fəaliyyət dövrü ərzində gördüyü işlər, təlim imkanları, eləcə də işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatlarla çirklənmə səviyyəsi, bu təhlükə ilə mübarizə istiqamətində göstərilən fəaliyyət və əlaqəli şəkildə icra edilən yenidənqurma işləri barədə təqdimat nümayiş olunub.

Qonaq, Azərbaycanın üzləşdiyi mina problemi barədə ətraflı məlumatlandırılıb. Görüşdə iki ölkə arasında humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər