Milli minatəmizləmə maşını Qarabağda

post-img

Azərbaycan istehsalı olan minatəmizləmə maşını ianə olaraq Qarabağ Dirçəliş Fonduna təqdim olunub. 

Mediaya açıqlamasında iqtisa­diyyat naziri Mikayıl Cabbarov bildirib ki, Laçın şəhəri günü ölkəmizdə həm də qayğı, mərhəmət və xeyirxahlıqla bağlı olan xüsusi günü təcəssüm etdi­rir: “Məhz belə bir tarixdə Azərbaycan istehsalı olan minatəmizləmə maşını­nın sahibkarlar tərəfindən ianə olaraq işğaldan azad edilmiş ərazilərimizin təmizlənməsi üçün Qarabağ Dirçəliş Fonduna təqdim olunması qürur və se­vinc bəxş edir. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik!”.

“Xalq qəzeti”

Son xəbərlər