Baş nazir Əli Əsədov Ukraynanın Baş nazirini təbrik edib

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ukraynanın Baş naziri Denis Şmıqala ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xid­mətindən bildirilib ki, məktubda Azər­baycan və Ukrayna xalqları arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələrinin mövcud oldu­ğu vurğulanıb. Qeyd olunub ki, məhz bu möhkəm təməllər üzərində qurul­muş dövlətlərarası münasibətlərin ha­zırkı səviyyəsi məmnunluq doğurur.

Azərbaycan–Ukrayna ənənəvi dostluq münasibətlərinin və səmərəli əməkdaşlığının xalqlarımızın və ölkələ­rimizin mənafelərinə uyğun olaraq bun­dan sonra da müvəffəqiyyətlə inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub. 

AZƏRTAC

Son xəbərlər