Xocavənddə erməni silahlılarının təxribat cəhdinin qarşısı alınıb

post-img

Avqustun 17-si saat 11:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bil­dirilib ki, bölmələrimizin gördüyü təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandı­rılıb və bu işlərə atəş dəstəyi verən qanunsuz er­məni silahlı birləşmələrinin mövqeləri susdurulub.

Son xəbərlər