Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti bitib

post-img

Xarici işlər naziri Ceyhun Bayramov dünən Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

Nazir səfir Haməd bin Abdullah bin Səud bin Xudeyrə fəaliyyəti dövründə Azərbaycan-Səudiy­yə Ərəbistanı münasibətlərinin inkişafına verdiyi töhfəyə, peşəkar fəaliyyətə görə dərin minnətdar­lığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə siyasi, iqtisadi, enerji, humanitar, tu­rizm sahələri üzrə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

İki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən işlərdən bəhs edən səfir Azərbaycandakı fəaliyyəti dövründə ona göstəril­miş dostluq və əməkdaşlıq münasibətlərinə görə minnətdarlığını bildirib.

“Xalq qəzeti”

Son xəbərlər