Maksim Quen: “Laçın” sərhəd-buraxılış məntəqəsində yoxlamalar həm qanuni, həm də zəruridir”

post-img

“Laçın yolunun “blokadası” ilə bağlı bəyanatlar reallığa uyğun gəlmir”. Bunu fransız tarixçi və politoloq Maksim Quen deyib.

“Laçın yolunda nəqliyyatın hərəkəti dayan­mayıb. Yoxlama qanuni və Rusiya “sülhməram­lıları”nın himayəsi altında həyata keçirilən silah qaçaqmalçılığının qarşısının alınması konteks­tində zəruridir”, – o, vurğulayıb. M.Quen əlavə edib ki, Ağdam–Xankəndi yolunu məhz sepa­ratçılar bağlayıblar.

Onun sözlərinə görə, belə qərəzli bəyanat­ları, təəssüf ki, təkcə Fransanın deyil, həm də çox vaxt Aİ-nin yüksək səviyyəli nümayəndələri verirlər: “Aİ və Fransa qorxur ki, Nikol Paşinyan ölkəsində ictimai rəy qarşısında simasını itirə və onun yerini Robert Köçəryan və ya onun kimiləri əvəz edə bilər".

“Xalq qəzeti”

 

Siyasət