Qəbələdə yanğın söndürülüb

post-img

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, yanğınsöndürmə əməliyyatlarında FHN-in Şimal-Qərb Regional Mərkəzinin və Dövlət Yanğın­dan Mühafizə Xidmətinin müvafiq qüv­vələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi­nin əməkdaşları və yerli sakinlər iştirak edib.

Ceyran CƏFƏRLİ

Son xəbərlər