Rusiyalı turistlər Azərbaycanı seçir

post-img

Bu ölkənin turistləri 2023-cü ildə uzunmüddətli yay tətili üçün ən çox Türkiyə, Azərbaycan və Tailandı seçiblər. 

Rusiyanın məşhur turizm şirkəti “Yandex Travel”in araşdırmalarından məlum olub ki, şimal qonşumuzun sə­yahət həvəskarları üçün Türkiyə, Azər­baycan, Tailand, İsrail və Vyetnam bu ilin yay aylarında uzunmüddətli səfərlər üçün ən cəlbedici ölkələrdir. 

Ötən ilin yayı ilə müqayisədə bu il Türkiyəyə uzunmüddətli səfərlərlə bağlı göstərici 1,5 dəfə, Azərbaycan və Tai­landa isə 2 dəfə artıb. 

Zülfiyyə QURBANƏLİQIZI, “Xalq qəzeti”

Sosial həyat