3 mindən çox milli kompüter buraxılıb

post-img

Bu ilin yanvar–iyun ayları ərzində Azərbaycanda 2 min 952 ədəd stolüstü, 330 ədəd isə dizüstü fərdi kompüter istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatında daha sonra bildirilir ki, hesabat dövründə 3,3 dəfə stolüstü kompüter, 22 dəfə isə dizüstü kompüter istehsalı artıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar–iyun aylarında 898 ədəd stolüstü kompüter, 15 ədəd isə dizüstü kompüter is­tehsal edilib. 

“Xalq qəzeti”

Son xəbərlər