Horadiz–Ağbənd dəmir yolunun tikintisi davam etdirilir

post-img

Qlobal strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi uğurla davam etdirilir. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiy­yətindən verilən məlumata görə, ox üzrə uzunluğu 110,4 kilometr olan yolun 80 faiz layihələndirilməsi yerinə yetiri­lib. Bununla yanaşı, 64,3 kilometr məsafəyə kimi rels-şpal çərçivələri quraşdırılıb, 334 mühəndis qurğusunun tikintisi başa çatdırılıb. Onlardan 20-si müxtəlif ölçülü körpülərdir.

Hazırda dəmir yolu xəttinin 68-84 kilometr aralığında torpaq və mühəndis qurğularının tikintisi işləri həyata ke­çirilir.

“Xalq qəzeti”

Son xəbərlər