560-dan artıq istifadəçinin hakerlərin qurbanına çevrildiyi müəyyən olunub

post-img

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının mövcud və yarana biləcək təhlükələrdən qorunması məqsədilə informasiya təhlükəsizliyi üzrə audit və monitorinqlərini davam etdirir.

Dövlət Xidmətindən verilən məlumata görə, dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən “Kibergigiyena layihəsi”nə, “İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, ikinci rüb ərzində bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyərək haker hücumlarının qurbanına çevrilmişlər (şəkil 1).

Məlumat üçün qeyd edirik ki, 2-ci rübün nəticələrinin 1-ci rüb ilə müqayisəsindən görmək olar ki, kiberhücumların qurbanına çevrilmiş dövlət qulluqçularının sayında 3 dəfəyə qədər azalma müşahidə olunmuşdur. Belə ki, 1-ci rüb ərzində haker hücumlarının qurbanına çevrilmiş dövlət qulluqçularının sayı 101 idi.

Bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Belə vətəndaşların ümumi statistikası haqqında Xidmətimizdə məlumat olmasa da, haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş vətədandaşların statistikasını müəyyən etmək mümkün olmuşdur. Belə ki, ikinci rüb ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət qurumlarının elektron xidmətlərinə aid hesabların sayı aşağıdakı şəkildə kimidir (şəkil 2).

Qeyd etmək lazımdır ki, birinci rüb ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət qurumlarının elektron xidmətlərinə aid hesabların sayı 6472 olmuşdur.

"Xalq qəzeti"





Son xəbərlər