Türkiyənin KAAN döyüş təyyarəsi 2028-ci ildə yerli mühərriklə uçacaq

post-img

Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan KAAN döyüş təyyarəsi (MMU) üçün yerli mühərrik hazırlanır.

Türkiyə KİV-nin məlumatlarına əsasən, döyüş təyyarəsi 2028-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil ediləcək. KAAN-ın həmin tarixə qədər yerli mühərrikinin hazırlanması hədəflənir.

Xatırladaq ki, mayın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TUSAŞ şirkətinin müəssisəsində keçirilən “İstikbalin Yüzyılı Tanıtım Programı” tədbirindəki çıxışı zamanı döyüş təyyarəsinin KAAN olacağını açıqlamışdı.

Rizvan FIKRƏTOĞLU,
"Xalq qəzeti"

Ordu