Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində müşavirə keçirilib

post-img

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2023-cü ilin ilk altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.

Dövlət Xidmətindən verilən məlumata görə, iclası giriş sözü ilə açan Xidmət rəisi general-leytenant İlqar Musayev dünyada gedən mürəkkəb ictimai-siyasi proseslər və çətin geosiyasi vəziyyətə baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin uzaqgörən siyasəti nəticəsində respublikamızın iqtisadiyyatında əldə edilmiş uğurlar və nailiyyətlərin olduğunu vurğulamışdır.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsinin inkişafına xüsusi diqqət və qayğısı qeyd olunmuş və bunların nəticəsi olaraq hesabat dövrü ərzində aidiyyəti sahə üzrə bir sıra önəmli sərəncam və fərmanların verildiyi, müvafiq qərarların qəbul edildiyi bildirilmişdir.

Hesabat dövründə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət orqanlarının xüsusi dövlət rabitəsi, hökumət rabitəsi, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələri ilə təmin edilməsi, onların internet şəbəkəsi ilə əlaqəsi və internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsi, istismarı, təhlükəsizliyi və inkişafı, o cümlədən digər sahələrdə görülən işlər, mövcud nöqsanlar və qarşıda duran vəzifələr haqqında ətraflı danışılmışdır.

Xidmət rəisi 2023-ci ilin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Xidmət tərəfindən bir sıra tədbirlərin uğurla və davamlı surətdə həyata keçirildiyi haqda məlumat vermişdir.

Sonda 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bir sıra əməkdaşları təltif edilmişdir.

"Xalq qəzeti"

 









Son xəbərlər